AZ EN RU

Vətəndaş məmnunluğunun təmin edilməsinə dair tədbir keçirilib

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Səhiyyə Nazirliyi ilə birgə “Doğum və ölüm haqqında tibbi şəhadətnamələrin verilməsi qaydaları” mövzusunda tədbir keçirib. 
    Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının “Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının sədri Ləman İbrahimova açaraq tədbirin keçirilməsinin məqsədi və əhəmiyyəti barədə məlumat verib.
    Sonra Səhiyyə Nazirliyinin sektor müdiri Kəmalə Həsənova “Ölüm və doğum haqqında tibbi şəhadətnamələrin verilməsi qaydaları”na dair qanunvericiliyin tələblərini diqqətə çatdırıb. Çıxışında ölüm hadisəsi kənd və qəsəbə yerində baş verdikdə və ölüm hadisəsi kənd, qəsəbə istisna olmaqla yaşayış yerində baş verdikdə tibbi şəhadətnamələrin verilməsi qaydası, ölümün başvermə səbəbi məlum olan hallarda tibbi şəhadətnamələrin verilmə qaydası, eyni zamanda tibbi şəhadətnamələrin patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilməsi qaydaları barədə ətraflı məlumat verib. 
    Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən Reyhanə Əsgərova “Doğum və ölüm haqqında tibbi şəhadətnamələrə əsasən doğum və ölümün qeydiyyatı zamanı yaranan problemlər və qanunvericiliyə əsasən problemlərin həlli qaydaları” mövzusunda çıxış edib. 
    Tədbirdə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib. 

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti 

Nəşr edilib : 08.09.2023 14:24