AZ EN RU

Vətən müharibəsi qazisinin müalicə xərcləri Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən qarşılandı

Martın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Vətən müharibəsi qazisi Quliyev Nurlan Oruc oğlunu qəbul edib.
Şura sədri qazinin müraciətini dinləyib, səhhəti ilə yaxından maraqlanıb.
AHİK sədrinin müavininin tapşırığı ilə Nurlan Quliyevə müalicəsinin davam etdirilməsi üçün Şura tərəfindən maddi yardım dəstəyi göstərilib.
Vətən müharibəsi qazisi göstərilən qayğıya görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası hər zaman şəhid ailələri və qaziləri diqqətdə saxlayır və problemlərinin həlli istiqamətində müvafiq addımlar atır.

Nəşr edilib : 04.03.2024 19:33