AZ EN RU

“Vətən Bağı” Naxçıvanda təlimlər keçəcək

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin növbəti qrant müsabiqəsinin qaliblərindən biri olan “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyi Naxçıvan Muxtar Respublikasında yeni layihəyə başlayır. Belə ki, birlik muxtar respublikada “Müharibə iştirakçıları üçün biznes təlimləri” təşkil edəcək.

 “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev bununla bağlı bildirib ki, layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında yaşayan ümumilikdə 105 şəhid ailəsi üzvləri və qazilər olmaqla yarım günlük “Müharibə iştirakçıları üçün biznes təlimləri” adlandırılan sahibkarlıq təlimləri keçiriləcək. Baş tutacaq 7 təlimdə Naxçıvandakı şəhid ailəsi və qazilərə biznesin qurulması, idarə edilməsi və sahibkarlıq haqqında mümkün dolğun informasiyalar veriləcək.

Qeyd edək ki, təlim biznesin inkişafı üzrə tanınmış ekspert Vüsal Novruzov tərəfindən aparılacaq.

Nəşr edilib : 16.05.2024 17:05