AZ EN RU

Vergi daxilolmaları və dövlət rüsumları üzrə gəlirlər 3,8 faiz çox olub

2023-cü ildə vergi daxilolmaları və dövlət rüsumları üzrə dövlət büdcəsinə ümumi gəlirlərin  45,3 faizi həcmində və ya 16126,7 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 1139,7 mln. manat və ya 7,6 faiz, 2022-ci illə müqayisədə isə 583,7 mln. manat və ya 3,8 faiz çoxdur. Bu faktlar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yaydığı 2023-cü il üzrə Azərbaycan Respublikası dövlət və icmal büdcəsinin icrasına (operativ) dair məlumatda bildirilir.

Məlumatda o da qeyd edilir ki, həmin vəsaitin 60,2 faizi və ya 9707,9 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqnoza nisbətən 722,9 mln. manat və ya 8,0 faiz, 2022-ci illə müqayisədə isə 1571,5 mln. manat və ya 19,3 faiz çox olub. Neft-qaz sektoru üzrə dövlət büdcəsinə təmin edilmiş vergi daxilolmaları isə 6418,8 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 416,8 mln. manat və ya 6,9 faiz çoxdur.

Nail ƏSGƏROV

Nəşr edilib : 25.01.2024 12:58