AZ EN RU

Vəli Səfərov Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri təyin olunub

Bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı,nazir müavini Həsən Seyidov əmr imzalayıb. İmzalanan əmrlə  Vəli Adəm oğlu Səfərov müddətli əmək müqaviləsi əsasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə  təyin olunub.
Qeyd edək ki, Vəli Səfərov bu təyinatadək  Naxçıvan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsində çalışırdı.

 

Nəşr edilib : 23.02.2024 17:33