AZ EN RU

Valideynlər uşaqların bağçalara qəbulunu elektron sistem üzrə həyata keçirə biləcəklər

Ötən il noyabrın 16-dan etibarən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının, pedaqoji və texniki heyətinin, uşaqların ümumi məlumatlarının sistemə inteqrasiyası həyata keçirilir və bu prosesi icra edəcək əməkdaşlar üçün təlimlər təşkil olunur.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə məktəbəqədər təhsil müəssisələri ümumölkə informasiya sisteminə inteqrasiya olunduqdan sonra 2024-2025-ci tədris ilindən artıq valideynlər uşaqlarının bağçalara qəbulunu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi” (www.bq.edu.az) vasitəsilə həyata keçirə biləcəklər.

Nail ƏSGƏROV

Nəşr edilib : 16.01.2024 09:56