AZ EN RU

Valideyn-məktəb-şagird münasibətlərinin düzgün qurulması müzakirə edilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi, “18 İyun Azərbaycanda İnsan Hüquqları Günü” ilə əlaqədar “İnsan hüquqları aylığı” çərçivəsində “Ailə, məktəb və cəmiyyət” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir 12 iyun 2024-cü il tarixdə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə baş tutub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masa ətrafında keçirilən tədbirdə Şahbuz Rayon İcra Hakimiyətinin əməkdaşı Ülvi Əliyev, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli və Şahbuz Rayon Təhsil Şöbəsinin əməkdaşı Gülnar Əlizadə çıxış edərək mövzunun əhəmiyyətindən bəhs edib, şagird-valideyn-müəllim münasibətlərindən danışıblar. Qeyd olunub ki, tədbirin mahiyyəti ailə mühitinin və məktəbin uşağın psixoloji durumuna təsirini öyrənmək, məktəb psixoloqlarının işini gücləndirmək və daha səmərəli təşkil etməkdir. Tədbir zamanı o da vurğulanıb ki, məktəb psixoloqlarının vasitəsilə şagirdlərin davranışlarına təsir edən amilləri daha tez öyrənib qabaqlayıcı tədbirlər görmək mümkündür. 
40 nəfərin yararalandığı maarifləndirici tədbir sualların cavablandırılması ilə başa çatıb.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 12.06.2024 21:48