AZ EN RU

Vakant vəzifələrin tutulması üçün esse imtahanı olub

    Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin esse mərhələsi keçirilib. 
    İmtahanda iştirakçılara “Müstəqillik illərinin Naxçıvanı: dayanıqlı inkişaf və quruculuq dövrü” mövzusu təqdim edilib. Yazı işləri yoxlanılarkən namizədlərin fikirlərini məntiqi ardıcıllıqla ifadə etmək, abzaslarla fərqləndirmək, təhliletmə, tətbiqetmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma, yaradıcılıq qabiliyyətləri qiymətləndirilib. 
    Esse mərhələsində iştirak etmək üçün sənəd təqdim etmiş 17 namizəddən 15 nəfəri imtahanda iştirak edib, onlardan 7-si müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin 
mətbuat xidməti

Nəşr edilib : 23.09.2022 18:33