AZ EN RU

Vahid Hacıyev: Minalardan çirklənmə Qarabağda ən ciddi problemlərdən biridir

Qarabağda minalardan çirklənmə regionun yenidən qurulmasına və sakinlərin öz evlərinə qayıtmasına mane olan ən ciddi problemlərdən biridir.

Bunu Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Qarabağda fəal şəkildə genişmiqyaslı bərpa işlərinə başlanılıb.

Nəşr edilib : 30.05.2024 11:10