AZ EN RU

“UYAFA AĞRI DAĞI CUP 2023” futbol turnirin açılış mərasimi keçirilib

Bu gün bir çox rəsmi qonaqların iştirakı ilə Türkiyənin Ağrı vilayətində zəlzələ qurbanlarına mənəvi dəstək məqsədli keçiriləcək “UYAFA AĞRI DAĞI CUP 2023” futbol turnirin açılış mərasimi olub. Naxçıvan Futbol Federasiyasının prezidenti Qəzənfər Abdullayev, Ağrı Valisi Mustafa Koç, UYAFA Onursal başkanı Özcan Şimşek, Ağrı İbrahim Çeçen Üniversitetinin Rektoru Prof. Dr. Abdulhalik Karabulut və Ağrı Jandarma komutanı rəsmi qonaqların sırasında olub. Açılışdan sonra Ağrı valisi Mustafa Koç Naxçıvan Futbol Federasiyanın prezidenti Qəzənfər Abdullayev başda olmaqla Naxçıvandan gələn nümayəndə heyətini qəbul edib.

Qeyd edək ki, sentyabrın 12-də turnirin püşk atma mərasimi keçirilib. Yarışda iştirak edəcək 13 komanda 4 qrupa ayrılıb. A qrupunda 4 komanda, B,C,D qrupunda isə 3 komanda mübarizə aparacaq. Püşkün nəticələrinə görə Araz-Naxçıvanın 13 yaşlılardan ibarət komandası D qrupunda mübarizə aparacaq. D qrupunda komandamızın rəqibləri Şırnak və Osmaniyyə komandaları olacaq. Bu gün Şırnak və Osmaniyyə komandalarının oyunu keçiriləcək. Sabah isə qalib komanda ilə Araz-Naxçıvan mübarizə aparacaq.

Nəşr edilib : 13.09.2023 15:54