AZ EN RU

Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır

Bu gündən uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, iyunun 3-ü saat 11:00-da uşaqların I sinfə elektron qəbulu prosesində Abşeron, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Qeyd edilən ümumi təhsil müəssisələrinin siyahısı “http://mektebeqebul.edu.az” saytında təqdim olunub.

Nəşr edilib : 03.06.2024 09:23