AZ EN RU

ÜST-ün Azərbaycandakı nümayəndə heyəti Naxçıvanda səfərdədir- YENİLƏNƏCƏK

Avqustun 28-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndə heyəti Naxçıvana səfər edib. Qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev muzeyində dahi şəxsiyyətin mənalı həyat yolu və zəngin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olacaq.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndə heyətinin Naxçıvanda 3 gün davam edəcək səfərinin birinci günündə heyətin Səhiyyə Nazirliyində görüşü, İctimai Səhiyyə Xidməti ilə tanışlığı və “Naxçıvanqala” Tarix-Memarlıq, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey komplekslərinə ekskursiyası nəzərdə tutulub. İkinci gün qonaqlar Naxçıvan Muxtar Respublika Xəstəxanası, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi, Naxçıvan Tibb Kolleci, “Əshabi Kəhf” Dini-Mədəni Abidə Kompleksi, üçüncü gün isə Ordubad Şəhər, Şərur Xanlıqlar Ailə Sağlamlıq və Duzdağ Fizioterapiya mərkəzləri ilə tanış olacaqlar.

Nail ƏSGƏROV

Nəşr edilib : 28.08.2023 09:00