AZ EN RU

ÜST: Ötən sutka ərzində 10 mindən çox insan koronavirusdan ölüb

Dünyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 394 milyonu keçib.

Ümumdünya Səhiyyə Təşkilatına istinadla xəbər verir ki, bu statistikaya yalnız yoluxanların və ölənlərin sayı barədə dövlətlər tərəfindən təqdim edilmiş rəsmi məlumatlar daxildir.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 2 milyon 235 min 694 yoluxma halı və 10 min 826 ölüm halı qeydə alınıb.

Hazırkı dövrədək koronavirusa 394 milyon 381 min 395 nəfər yoluxub. Onlardan 5 milyon 735 min 179 nəfəri vəfat edib.

Nəşr edilib : 08.02.2022 09:22