AZ EN RU

ÜST nümayəndəsi: Azərbaycanda COVID-19 əleyhinə peyvəndləmə prosesi uğurla aparılır

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvəndləmə yüksək səviyyədə həyata keçirilir, ölkədə vaksinasiya sahəsində bütün beynəlxalq tövsiyələrə riayət edilir, vaksinasiya ilə bağlı müxtəlif xidmət platformaları, saytlar, hətta mobil klinikalar fəaliyyət göstərir. Ölkədə vaksinasiyaya meyil və onun yan təsirləri davamlı olaraq monitorinq edilir. İstənilən halda, Azərbaycanın COVID-19 əleyhinə peyvəndləmə prosesini uğurla apardığını qeyd edə bilərik.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin "Effektiv strategiyaların işlənib hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olmaq" adlı konfransda ÜST-nin Avropa üzrə regional ofisinin Analiz və monitorinq şöbəsinin əməkdaşı Roberta Pastore deyib.

O bildirib ki, Azərbaycanda 2021-ci ildə aparılan bir sıra davranış xidmətləri, eləcə də keyfiyyət monitorinqləri ciddi əhəmiyyətə malikdir: "Bunun nəticəsidir ki, ötən ilin fevralından noyabra qədər vaksin olunmayanların sayı əhəmiyyətli dərəcədə azalıb. Buna müvafiq olaraq, vaksinasiya olunmaq istəməyən, buna tərəddüd edənlərin sayı da azalıb. Həmin müddət ərzində vaksin olunmaq üçün qərarsız vətəndaşların sayında təxminən 35 faiz azalma müşahidə edilib. Lakin istənilən halda, ölkədə peyvənd olunmaq üçün tərəddüd edən vətəndaşlar hələ də var. Ölkənin müvafiq orqanları bu kimi halların aradan qaldırılması üçün çalışırlar. Onu da qeyd etmək lazımdır ki, qərarsız olanların əksəriyyətinin yaşlılar, bir qisim isə gənclərdir. Həmin yaşlı şəxslərin əksəriyyəti kənd yerlərində yaşayırlar və onların müəyyən xroniki və yanaşı xəstəlikləri var. Digər qərarsız əhali qrupuna aid olan gənclər isə, əsasən, vaksinasiyanı prioritet hesab etmirlər. Həmin vətəndaşlar üçün vaksin təhlükəsizliyi ilə bağlı maarifləndirmə işləri davam etdirilir".

R.Pastore, həmçinin qeyd edib ki, 2022-ci ilin iyun ayında Azərbaycanda koronavirus əleyhinə vaksinasiya olunan əhalinin 70 faizə çatdırılması qlobal hədəfdir.

Nəşr edilib : 23.02.2022 12:31