AZ EN RU

ÜST-nin Baş direktoru: Azərbaycan COP29-a ev sahibliyi məsələsində liderlik keyfiyyətləri göstərdi

Azərbaycan hökumətinə və xalqına təşəkkürümü bildirirəm ki, bu ilin sonunda COP29-a ev sahibliyi məsələsində liderlik keyfiyyətləri göstərdiniz.

Bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Tedros Adhanom Qebreyesus bildirib: “Ümumdünya Səhiyyə Təşkilatı COP28-in tam bir gününü ilk dəfə olaraq səhiyyəyə həsr etmişdir. Həmçinin Azərbaycanın sədrliyi ilə COP29-un gündəliyində də səhiyyənin mühüm yerdə qalmasını səmimiyyətlə arzulayıram. Uzun illər Ümumdünya Səhiyyə Təşkilatına və onun məramına dəstək vermiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürümü bildirirəm”.

Nəşr edilib : 14.03.2024 14:58