AZ EN RU

Uşaqlarla görüş keçirilib

Babək Rayon Mədəniyyət İdarəsi Ordubad şəhər tam orta internat məktəbində təhsil alan şagirdlərlə görüş keçirib.

Görüşdə Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə internat məktəbində təhsil alan şagirdlərə təhsillərində və gələcək həyatlarında uğurlar arzulayıb. Şagirdlər üçün təşkil olunan konsert proqramı maraqla qarşılanıb. Uşaqların ifasında mahnılar səsləndirilib, şeirlər qiraət olunub.

Sonda Ordubad şəhər tam orta məktəbində təhsil alan şagirdlərə hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdilib.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 11.01.2024 15:00