AZ EN RU

Uşaqların təbəssümü dünyanı gözəlləşdirir

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sağlamlıq imkanları məhdud uşaqlara, natamam ailənin uşaqları, eləcə də aztəminatlı ailələrin uşaqları üçün bir qrup gənc tərəfindən Naxçıvan şəhərində bayram şənliyi təşkil edilib.  
Tədbirdə çıxış edən gənclərdən Müşviq Əsədov və Günel Tağıyeva 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edib, onlara cansağlığı, sağlam həyat tərzi, gözəl təhsil və xoşbəxt gələcək arzulayıblar. 
Əyləncəli tədbir uşaqlara xoş ovqat bəxş edib. Şənliyin sonunda uşaqlara bayram sovqatı paylanılıb. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 31.05.2024 11:38