AZ EN RU

Uşaqların sevinci dünyanın sevincidir - FOTOLAR

52 şagirdin arzuları gerçəkləşdi

    31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Ordubad şəhər internat tam orta məktəbində tədbir keçirilib. 
    Naxçıvan şəhərində “Snowfest” çərçivəsində məktəbin şagirdlərinin yeni il arzuları əks olunan dilək yolkasının üzərində şagirdlər tərəfindən ünvanlanan istəklərin hər biri qarşılanaraq dilək sahiblərinə çatdırılıb. Ümumilikdə, 52 şagirdə bayram sovqatı təqdim olunub.
    Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, nümayəndəliyin media məsələləri üzrə məsul şəxsi Günay Malikqızı, Naxçıvan  Muxtar Respublikası təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Elxan Nəcəfov, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli iştirak edib.     Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyid­əhmədli uşaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzu və diləklərini çatdırıb.
    Sonda xatirə şəkli çəkdirilib. 

Bülbül Quliyeva

Nəşr edilib : 29.12.2023 19:46