AZ EN RU

"Uşaqların rəngli dünyası" adlı tədbir keçiriləcək

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin  səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqların rəngli dünyası" adlı tədbir təşkil olunacaq. Naxçıvan şəhəri Əcəmi seyrəngahında keçiriləcək tədbirdə köpük şou, kloun şou, üz boyama, hədiyyələr, canlı musiqi, uşaqların konserti, ustad dərsləri kimi fəaliyyətlər olacaq. Qeyd edək ki, saat 11:00-20:00-da keçiriləcək tədbirdə bütün fəaliyyətlər ödənişsizdir.

Nəşr edilib : 26.05.2024 21:02