AZ EN RU

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirlər zamanı məktəblilər müxtəlif hərbi aviasiya vasitələri ilə tanış olub, habelə bir qrup şəhid övladının sağlamlığının qorunması məqsədilə onların müayinə və müalicəsi, eləcə də dispanserizasiyası təşkil edilib.
Tədbirlərdə, həmçinin uşaqlar üçün əyləncəli proqram nümayiş etdirilib və bayram süfrələri açılıb.

Nəşr edilib : 01.06.2024 17:58