AZ EN RU

Uşaqlarımıza milli dəyərlərimizi aşılayaq

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi, “18 İyun Azərbaycanda İnsan Hüquqları Günü” ilə əlaqədar “İnsan hüquqları aylığı” çərçivəsində “Milli dəyərlər və uşaqlar” mövzusunda növbəti tədbir keçirilib. 
10 iyun 2024-cü il tarixdə uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi ilə bağlı növbəti maarifləndirici tədbir Naxçıvan Qızlar Liseyində baş tutub.
Naxçıvan Şəhər İcra Hakimiyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva çıxış edərək Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminin qorunması və gələcək nəsillərə çatdırılmasının, gələcəyimiz olan uşaqların milli dəyərlərə bağlılıq ruhunda tərbiyəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd ediblər. Bildirilib ki, yüksək savada malik, dünyagörüşlü, vətənpərvər, milli-mənəvi dəyərlərimizə sadiq əsl Azərbaycan xanımı yetişdirmək məqsədinə xidmət edən Naxçıvan Qızlar Liseyinin özünəməxsus ənənələri vardır. 
Uşaqların milli dəyərlərə bağlı, vətənpərvər ruhda yetişməsinin əhəmiyyətindən danışılan tədbirdən 50  nəfər yararlanıb. Tədbirin sonunda müvafiq mövzu ilə bağlı 30 ədəd broşür paylanılıb.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 10.06.2024 20:47