AZ EN RU

Uşaqlara bayram hədiyyəsi verilib

 “31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “ Yeni il” bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən M.Füzuli adına tam orta internat məktəbində  bayram tədbiri keçirilib.
Keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva çıxış etmişdir.
Könül Babayeva öz çıxışında  ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan bəhs edərək bildirmişdir ki, əsası ulu öndərimiz  Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Uşaqların hüquqlarının və sağlamlıqlarının qorunması, təhsili, milli ruhda təlim-tərbiyəsi, asudə vaxtlarının səmərəli keçirilməsi, dünya görüşlərinin formalaşması daim diqqət mərkəzində saxlanılır.
Daha sonra Komitə tərəfindən 24 uşağa bayram hədiyyələri təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 01.01.2024 12:33