AZ EN RU

Uşaqlar "Keçinin qisası" tamaşasına baxıblar

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “10 mart-Milli Teatr Günü” ilə əlaqədar M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında "Keçinin qisası" tamaşası nümayiş olunub. Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar “Təbliğat 100” layihəsi çərçivəsində keçirilən tədbirdə şəhid və qazi övladları, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan 120 uşaq iştirak edib.

Nəşr edilib : 09.03.2024 13:37