AZ EN RU

Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə direktor və direktor müavini vəzifələri üçün elan olunmuş müsabiqənin müsahibə mərhələsi yekunlaşıb

14-16 mart tarixləri arasında keçirilən müsahibədə iştirakı nəzərdə tutulan 34 namizəddən 6 nəfəri iştirak etməyib, 9 nəfər  müsahibəni uğurla keçib.
Müsahibə Komissiyası tərəfindən namizədin ixtisası üzrə bilik və bacarığı, məktəb idarəetməsi ilə bağlı qanunvericilik bilikləri, ünsiyyət və təqdimetmə bacarığı və müvafiq meyarlar üzrə digər bilikləri yoxlanılıb.
Qeyd edək ki, müsahibə mərhələsində komissiya namizədləri müvafiq meyarlar əsasında 5 ballıq  sistemlə qiymətləndirib. Namizəd meyarlar üzrə ortalama 3 bal topladıqda bu mərhələni keçmiş sayılıb. 
Müsabiqənin nəticəsi barədə məlumat Nazirliyin rəsmi səhifəsində (nculture.gov.az) paylaşılıb.


Naxçıvan Muxtar Respublikasının 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.03.2024 15:13