AZ EN RU

Uşaq İncəsənət Festivalının qalibləri

    Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi Uşaq İncəsənət festivalının qalibləri məlum olub. Qaliblər sırasında festivala Naxçıvandan qoşulan iştirakçılar da yer alır. Belə ki, Cəbrayıl Səfərli aktyorluq, Quluzadə Şəhrizad rəssamlıq nominasiyası üzrə həvəskar kateqoriyalarında I yerin, Nuray Fətullayeva isə solo milli rəqs nominasiyası üzrə peşəkar kateqoriyada II yerin qalibi olublar.
    Piano ifaçılığı üzrə Turan Abdullayev, solo milli rəqs nominasiyası üzrə peşəkar kateqoriyalarda Fatimə Allahyarlı, milli rəqs ansamblı nominasiyası üzrə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin rəqs kollektivi və xor nominasiyası üzrə Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin xor kollektivi III yerin qalibi olub.
    Qeyd edək ki, Uşaq İncəsənət Festivalı 21 nominasiya üzrə keçirilirdi. Festivalın Bakı şəhərində təşkil olunan final mərhələsinə 57 kollektiv, fərdi şəkildə isə 1687 nəfər qatılıb. Festivalın final mərhələsində muxtar respublikadan 42 fərdi iştirakçı, 2 kollektiv iştirak edib.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti 

Nəşr edilib : 18.09.2023 20:00