AZ EN RU

Uşaq hüquqlarının qorunması və təbliği ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib

21 may 2024-cü il tarixdə cəmiyyətin həssas qrupu olan uşaqların hüquqlarının müdafiəsi sahəsində səmərəliliyin artırılması üçün icra işlərində uşaq hüquqlarının qorunması və təbliği məqsədilə növbəti maarifləndirici tədbir baş tutub.
Babək rayon Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbində dəyirmi masa ətrafında keçirilən tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyətinin əməkdaşı Şəfa Babayeva bu sahədə maariflənmənin əhəmiyyətini və vacibliyini vurğulayıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova bildirib ki, dünyadakı bütün uşaqların qanunla tənzimlənən və əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları hüquqlar insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı vardır.
Babək Rayon Təhsil Şöbəsinin əməkdaşı Toğrul Kərimov və Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru Gülizar Rüstəmova uşaqların təhsil almaq hüququnun qorunması və onların təhsildən yayınmalarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıblar.
62 nəfərin yararlandığı tədbirdə maarifləndirici broşürlar paylanılıb.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 21.05.2024 19:48