AZ EN RU

Uşaq hüquqlarının qorunması və təbliği ilə bağlı maarifləndirici tədbir keçirilib

2023-cü il 10 oktyabr tarixdə  Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə  Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi ilə birgə uşaq hüquqlarının qorunması və təbliği ilə əlaqədar maarifləndirici tədbir keçirilib. 
Tədbir erməni qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində, həmçinin lokal antiterror əməliyyatı zamanı həlak olan şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri Heydər Əliyev adına tam orta məktəbin direktoru Elmira Həsənova açaraq keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Eltun Həziyev bildirib ki, bu cür maarifləndirmə tədbirlərinin orta məktəblərdə keçirilməsi vacibdir. E.Həziyev qeyd edib ki, uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır.
Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Uşaqların yeniyetmələrdən fərqli fiziki, fizioloji, davranış və xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi şüurunun yerləşməsi, uşaqların baxımının bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsi lazım olduğunu qeyd edən E.Həziyev uşaqların fiziki və psixoloji cəhətdən müdafiəsiz və zəif olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı olduğunu vurğulayıb.
Daha sonra Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən, kiçik ədliyyə müşaviri Reyhanə Əsgərova bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq, onları müdafiə etrmək ailənin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənədin  1989-cu  il noyabrın 20-də BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası olduğunu bildirən R.Əsgərova bu  Konvensiyaya 189 ölkənin qoşulduğunu və  Azərbaycan Respublikasının da  Konvensiyanı 1992-ci ildə ratifikasiya etmiş olduğunu bildirib.

 Tədbirdə  şagirdlər dusskusiya xarakterli fikir mübadiləsi aparıb,  onları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası

 Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 10.10.2023 16:08