AZ EN RU

Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda tədbir keçirilib

    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda Babək rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. 
    Tədbiri  giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Asif Hacıyev açaraq keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.
    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev tədbirdə çıxış edərək bildirib ki, ölkəmizin əmək qanunvericiliyində yaşı 18-dən aşağı olan işçilərə bir sıra güzəşt və imtiyazlar nəzərdə tutulub. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən biri kimi, ölkəmizdə, eləcə də muxtar respublikada uşaqların müdafiəsi üçün kompleks tədbirlər həyata keçirilir. 
    Daha sonra komitənin əməkdaşı Elsun Cahangirli tədbir iştirakçılarına slayd vasitəsilə uşaq əməyindən istifadə hallarının qarşısının alınması halları və ölkəmizdə  bu istiqamətdə görülən işlər haqqında ətraflı məlumat verib.
    Tədbir qarşılıqlı diskussiya ilə yekunlaşıb. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti
 

Nəşr edilib : 11.08.2023 15:48