AZ EN RU

Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda tədbir keçirilib

2023-cü il 27 sentyabr tarixində Naxçıvan Muxtar Respublkasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda Şərur rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələriin iştirakı ilə tədbir keçirilib.
Tədbiri  giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini Kamal İsmayılov açaraq keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev bildirib ki, ölkəmizin əmək qanunvericiliyində yaşı 18-dən aşağı olan işçilərə bir sıra güzəşt və imtiyazlar nəzərdə tutulub. Bu təminatlar həmin şəxslərin əmək vərdişləri, əmək stajının az olması, fizioloji vəziyyəti ilə bağlı amillərin olması ilə əlaqədardır. 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrindən, valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birindən və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır. Vurğulanıb ki, ölkəmizdə sosial və hüquqi sahədə aparılan işlər nəticəsində uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı minimum səviyyəyə endirilib. Uşaq əməyinin istismarı hallarına qarşı inzibati tədbirlər görülməklə yanaşı, bu istiqamətdə maarifləndirici tədbirlər də xüsusilə əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən biri kimi, ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək  layiqli vətəndaş kimi yetişmələri üçün kompleks tədbirlər həyata keçirilir.
Daha sonra Naxçıvan Muxtar Respublkasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri  şöbəsinin məsləhətçisi Elsun Cahangirli tədbir iştirakçılarına slayd vasitəsilə uşaq əməyindən istifadə hallarının qarşısının alınması, uşaq əməyinin istismarının dünya üzrə regional vəziyyəti, bu istiqamətdə qəbul edilən normativ hüquqi aktlar, Azərbaycan Respublikasının qoşulduğu konvensiyalar və ratifikasiya etdiyi beynəlxalq hüquqi sənədlər, milli qanunvericilikdə uşaqlar üçün əmək hüquqlarının xüsusiyyətləri, yaşı 18-dən az olan işçi tərəfindən ağırlığın qaldırılmasında məhdudiyyət qoyulan işlər, uşaq əməyinin qadağan olunması halları, əməyin ödənilməsi və əmək müqaviləsinin ləğv edilməsində yaşı 18-dən az olan işçilərin təminatı, uşaq əməyindən istifadə hallarında işəgötürənin hüquqi məsuliyyəti və qanunvericilikdə nəzərdə tutulan cərimələr və Azərbaycan Respublikasında uşaq əməyindən istifadənin qarşısının alınması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.
Tədbir sahibkarların qarşılıqlı diskussiyası ilə yekunlaşıb.

Naxçıvan Muxtar Respublkası

 Ailə, Qadın və Uşaq problemləri

üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 27.09.2023 17:56