AZ EN RU

Uşaq birliyi təşkilatının rəhbərləri üçün işə qəbul müsabiqəsinin müsahibə mərhələsinin nəticələri elan olunub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən  15-23 yanvar tarixləri arasında keçiriən tədris–köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsinin Uşaq birliyi təşkilatının rəhbərləri vəzifəsi  üçün müsahibə mərhələsinin nəticələri elan olunub. Belə ki, müsahibə mərhələsində müsahibə balını toplayan və vəzifəyə uyğun hesab edilən namizədlərdən 1-i müvəqqəti, 9-u isə daimi işlə təmin olunub. 
Qeyd edək ki, işə qəbul müsabiqəsinə  muxtar respublikanın ümumtəhsil məktəblərində vakant olan 10 Uşaq birliyi təşkilatı vəzifəsi  çıxarılmış, həmin vəzifələrə  228 namizəd sənəd vermiş, onlardan 158-i müsabiqənin  test mərhələsində  sualların 50 faiz və daha çoxunu düzgün cavablandıraraq  müsahibə mərhələsinə buraxılmışdı. 
Uşaq birliyi təşkilatının rəhbərləri üçün keçirilən  işə qəbul müsabiqəsinin müsahibə mərhələsinin nəticələri ilə bağlı məlumat Naxçıvan Muxtar respublikası Təhsil Nazirliyinin rəsmi tehsil.nmr.az internet  saytında yerləşdirilib.

Nəşr edilib : 24.01.2024 15:18