AZ EN RU

Ürəklərdə yaşayanlar

Nehrəm qəsəbəsinin qəhrəman şəhidlərindən Leytenant Məmmədov Ümid Fərman oğlunun şəhadətinin 3-cü ildönümü məzarı başında yad edildi.

Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, aparatın aid şöbəsinin müdiri Hacı Hacıyev, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri İsa Məmmədov, rayonun bəzi idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Çıxış edənlər 44 günlük Vətən müharibəsində tarixi zəfərin qazanılmasında xalq-ordu birliyini önəmini xüsusi amil kimi qeyd edib. Qeyd olunub ki, bu müddət ərzində Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin qətiyyətli mövqeyi, şəhid və qazilərimizin torpaqlarımızın azadlığı uğrunda göz qırpmadan ölümə getməsi, 2023-cü ilin sentyabr ayında başlayan antiterror əməliyyatları nəticəsində 24 saat tamam olmadan düşmənə layiqli dərs verərək ərazi bütövlüyümüzün tam təmin edilməsi və oktyabr ayının 15-də Ali Baş Komandan tərəfindən Xankəndində dövlət bayrağımızın dalğalandırılması nəticəsində bu gün şəhidlərimiz rahat uyuyur, onların qanları bahasına təmin olunan ərazi bütövlüyümüz əbədi olacağını qeyd etmişlər.

Xəbərlər şöbəsi

Nəşr edilib : 20.10.2023 13:29