AZ EN RU

Universitetlər arasında Tibb sahəsi üzrə gələcək perspektivlər müzakirə edilib

    Naxçıvan Dövlət Universitetində onlayn keçirilən görüşdə tibb sahəsinin inkişafı və bilik mübadiləsi üçün əhəmiyyətli addımlar atıldığını bildirən rektor, dosent Elbrus İsayev və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan İstanbul Yeditəpə Universitetinin rektoru Canan Aykut Bingöl və Qazi Universitetinin rektoru Musa Yıldız ilə universitetlər arasında yaranan sıx əlaqələr, müəllim-tələbə mübadiləsi, təcrübə məşğələlərini yenidən gündəmə gətiriblər.
    Görüş zamanı tibb sahəsində aktual problemlər və onların həlli yolları, təhsil proqramlarının keyfiyyətinin artırılması, tədqiqat layihələri və akademik əməkdaşlıq imkanları kimi müxtəlif məsələlər müzakirə olunub.
    Elbrus İsayev Canan Aykut Bingölə təcrübə prosesində Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələrinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. İstanbul Yeditəpə Universitetinin rektoru Canan Aykut Bingöl də tələbə və elmi işçilərin tibb sahəsində qarşılıqlı faydalı işlərə imza atmaları üçün əməkdaşlığın önəmini vurğulayıb.
    Qazi Universitetində tibbi təhsil və tədqiqat proseslərində iştirak edən müəllim və tələbələrə tərəfdaşlıq və dəstəyə görə təşəkkürünü ifadə edən rektor bu əməkdaşlığın öyrənmə mühitini zənginləşdirdiyini vurğulayıb. Musa Yıldız isə görüşdə təcrübə mübadiləsi, elmi layihələr və tibb sahəsində əməkdaşlığın gələcəkdəki inkişafına dair nəzərlərini paylaşıb.

Naxçıvan Dövlət Universitetinin Televiziya, 
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 03.08.2023 20:19