AZ EN RU

Universitet müəllimləri IBM üzrə “SkillsBuild for Academia” proqramına qoşulublar

    Naxçıvan Dövlət Universiteti ilə IBM arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən bu sahə üzrə seçilən müəllimlər “SkillsBuild for Academia” proqramına qoşulublar. Proqrama hazırlığın vəziyyətinə dair ali təhsil ocağında görüş keçirilib. 
    Universitetin rektoru Elbrus İsayev müəllimlərin bu istiqamətdə qoşulacağı təlimlərin əhəmiyyətini diqqətə çatdırıb. Rektor qeyd edib ki, bu istiqamətdə həyata keçirilən təlim və tədris proqramları texnologiya sahəsində təhsil proqramlarını dəstəkləyərək və təmin edərək tələbələrin və tədqiqatçıların hazırlığına təkan verir, tədqiqat sahəsində universitetlərlə beynəlxalq əməkdaşlıq sahələri texnologiyaların inkişafına kömək edir. Rektor IBM üzrə seçilən müəllimlərin gələcəkdə ali təhsil ocağında qurulan Texnoparkın fəaliyyət istiqamətində mühüm töhfələr verəcəyini önə çəkib.
    Qeyd edək ki, IBM dünya səviyyəli informasiya texnologiyaları və xidmətlər sahəsində liderdir. Bu əməkdaşlıqların məqsədi texnologiya sahəsində peşəkar kadrlar yetişdirmək və müstəqil tədqiqat və inkişafı dəstəkləməkdir. 

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 03.10.2023 22:28