AZ EN RU

Universitet müəlliminin elmi məqaləsi beynəlxalq nüfuzlu jurnalda dərc olunub

    Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Nəzakət İsmayılovanın “Uşaq ədəbiyyatının yeni metodologiyaya uyğun yazılması  günün tələbidir” adlı məqaləsi Braziliyanın “Revista Entre Linguas” jurnalında dərc edilib.
    Müəllif məqalədə ədəbi irsi yenilik işığında araşdırıb, müasir milli düşüncə və zamanın tələbinə uyğun olaraq izah edib. Eyni zamanda məqalədə uşaq ədəbiyyatının tədrisi üçün ənənəvi materiallarla yanaşı, bu sahədə ən son elmi nailiyyətlər vurğulanıb, uşaqların hissləri, sevincləri, kədərləri, mənəvi və psixoloji təcrübələrini dolğun əks etdirən əsərlərə ehtiyac olduğu diqqətə çatdırılıb. Tədqiqatda qeyd olunur ki, bu tələblərə uyğun mütəxəssislərin hazırlanması üçün ali məktəblərdə tədris planlarına, proqramlara, dərsliklərə  yenidən baxılmalı, onların səviyyəsi istər tədris metodikası, istərsə də elmi cəhətdən müasir tələblər səviyyəsində qurulmalıdır.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və 
ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 16.03.2023 22:14