AZ EN RU

Universitet heyəti təcrübə üçün Türkiyəyə yola düşüb

Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin bir sıra ali məktəbləri arasında bağlanan əməkdaşlıq müqavilələrinə uyğun olaraq, 8 iyul 2023-cü il tarixində Tibb fakültəsinin 12 nəfər həkim və müəllimi olmaqla ümumilikdə 107 nəfərdən ibarət heyəti təcrübə üçün qardaş ölkəyə yola düşüb. 

Qeyd edək ki, tələbə və rezidentlər təcrübələrini Türkiyənin Ankara Universiteti, Qazi Univetsiteti, İstanbul Yeditəpə Universiteti, Trabzon Qaradəniz Texnik Universitetinin klinikalarında keçəcəklər. Tibb, Stomatologiya, Əczaçılıq, Psixologiya, Müalicə işi, İctimai səhiyyə, Hərbi tibb, Tibbi profilaktika ixtisasları üzrə tələbə və həkim-rezidentlərin qatılacaqları təcrübələr 2 həftə davam edəcək.

 Təcrübələrdə tələbələrin Təcili tibbi yardım, Daxili xəstəliklər, Qadın doğum, Ümumi cərrahiyyə, Robotik cərrahiyyə, Neyrocərrahiyyə, Ağız və üz-çənə cərrahiyyəsi, Əczaçılıq labarotoriyası texnologiyaları və bir çox digər sahələr üzrə müşahidəçi olaraq iştirakı nəzərdə tutulub.

Nəşr edilib : 08.07.2023 20:28