AZ EN RU

Universitet əməkdaşlarından daha bir uğur

    “Naxçıvan” Universitetinin əməkdaşı və dissertantı olan Dilarə Əsgərova və Selcan Abdullayeva Erasmus+ K107 mübadilə proqramı çərçivəsində 5 aylıq Phd tədqiqatı aparmaq üçün İspaniyanın Valladolid Universitetində təhsil almaq haqqı qazanıblar.
    Qeyd edək ki, Dilarə Əsgərova 2015-ci ildən “Naxçıvan”  Universitetinin əməkdaşı və 2019-cu ildən həmin universitetin dissertantıdır. Hazırda Beynəlxalq əlaqələr şöbəsində koordinator vəzifəsində çalışır.
    Selcan Abdullayeva 2019-cu ildən “Naxçıvan” Universitetinin əməkdaşı və 2021-ci ildən “Naxçıvan” Universitetinin dissertantıdır. Hazırda Xarici dillər kafedrasının müəllimidir.

“Naxçıvan” Universitetinin mətbuat xidməti
 

Nəşr edilib : 24.06.2022 20:22