AZ EN RU

Ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mancanaq Robot” müsabiqəsi keçirilib

Dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə STEAM Təlim-Tədris Mərkəzində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında  “Mancanaq Robot” müsabiqəsi keçirilib. Müsabiqədə 40 komanda olmaqla 120-ə yaxın müəllim və şagird iştirak edib. Yarışın qaydalarına əsasən hər bir komanda  hazırladıqları  mancanaqdan istifadə edərək tenis toplarını təyin edilmiş məsafədən yerləşdirilən dairəvi qutuya atmaları tələb olunub. Müsabiqədə yarışan  komandalar püşk atama yolu ilə seçiliblər.

Müsabiqənin təşkilində əsas məqsəd   şagirdlərin  mikrobitdən istifadə edərək dizayn, mühəndislik və kodlama bacarıqlarını təkmilləşdirilməsidir.

Müsabiqdə qalib komandalar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən   medal və fəxri fərmanla mükafatlandırılıblar

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.12.2023 17:15