AZ EN RU

Ümumrespublika yarışının qalibi müəyyənləşib

    25 iyun-2 iyul 2023-cü il tarixlərdə Qəbələ şəhərində “Heydər Əliyev İli”nə həsr olunmuş 10-cu ümumrespublika “Gənc xilasedici və yanğınsöndürən” yarışı keçirilib.   

 Yarışın final mərhələsində Naxçıvan Muxtar Respublikasından iki komanda, Culfa şəhər 3 nömrəli və Ordubad rayon Sabirkənd tam orta məktəblərinin komandaları iştirak edib.
     Builki yarışa respublikanın müxtəlif bölgələrindən olan şəhid övladları da  dəvət olunub. 
    16 komandanın iştirakı ilə gərgin mübarizə şəraitində keçirilən yarışın yekun nəticələrinə əsasən Ordubad rayon Sabirkənd tam orta məktəbinin komandası I, Bakı şəhər 31 nömrəli tam orta məktəbin komandası II, şəhid övladlarından ibarət “Gənc Mübarizlər” komandası isə III yerə layiq görülüb. Qalib komandalar təşkilatçılar tərəfindən kubok, diplom, Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
   Qeyd edək ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilib.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 03.07.2023 20:23