AZ EN RU

Ümumqoşun Orduda konsert

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Heydər Əliyev adına Hərbi Liseyin kursantları üçün konsert proqramı təşkil olunub. Öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Heydər Əliyev adına Hərbi Liseyin rəisi polkovnik Elşad Həsənov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdirinin müavini Orxan Məhərrəmov, Mədəniyyət İdarəsinin müdiri Həsən Kərimov və Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədli çıxış edərək tədbir haqqında öz fikirlərini bölüşüblər. Çıxışlardan sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Ulu torpaq-Ulu öndər” adlı sənədli filmi izlənilib və tədbirin bədii hissəsinə başlanılıb. Bədii hissədə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin hazırladığı müxtəlif musiqi və rəqs nümunələri ifa olunub. 
4 mart 2024-cü il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Gənclər və İdman idarələri və Heydər Əliyev adına Hərbi Lisey tərəfindən təşkil edilən tədbirdə 300 nəfər iştirak edib.

Nəşr edilib : 04.03.2024 19:35