AZ EN RU

Ümummilli Liderin təbiətə, yaşıllığa qayğı ideyası müqəddəs ənənə kimi yaşadılır

Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikamızda da müstəqil Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi geniş şəkildə qeyd olunur. Bu münasibətilə keçirilən tədbirlər sırasında ağacəkmə aksiyaları da mühüm yer tutur. Dahi Rəhbərin arzularındakı kimi inkişaf edib gözəlləşən yurdumuzda təbiətə, yaşıllığa qayğı məhz Ulu Öndərdən müqəddəs ideyalarından biri, gözəl ənənə kimi bu gün də qorunub yaşadılır. Müxtəlif idarə və təşkilatların əməkdaşları tərəfindən muxtar respublikamızın rayonlarında yaz gələndən yaşıllaşdırma işlərinə başlanılıb. Uzun illərdən bəri insanlarımızın əməyi ilə ərsəyə gətirilən yaşıllıqlara qulluq edilir, yeni yaşıllıq sahələri salınır. Növbəti ağacəkmə isə Naxçıvan Dövlət Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən keçirilib.

Qeyd edək ki, xidmətin həyətyanı sahəsində yarım hektar ərazidə 200 müxtəlifnövlü meyvə tingləri əkiblər.

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 01.04.2023 13:54