AZ EN RU

Ümummilli Liderin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Muzeyi ziyarət olunub

Naxçıvan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin kollektivi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ümummilli Liderin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Sonra kollektiv Heydər Əliyev Muzeyini ziyarət edib. Əvvəlcə muzey kitabxabasında ulu öndərin ictimai siyasi fəaliyyətini və keçdiyi şərəfli həyat yolunu əks etdirən video kompozisiyaya baxış olub. Sonra muzeyin direktoru Ramil Orucəliyev Ümummilli Liderin dövlət idarəçiliyindəki misilsiz xidmətləri ilə bağlı ətraflı məlumat verib. Ekspozisiyayla tanışlıq zamanı bələdçi  Hicran Bədəlova kollektivi dəyərli eksponatlar barədə məlumatlandırıb. Qeyd edilib ki, 1999-cu il 10 may tarixindən fəaliyyət göstərən muzey Ulu Öndərin sağlığında yaradılan ilk muzeydir və hazırda muzey fondunda 5 mindən çox eksponat mühafizə olunur. Görkəmli dövlət xadiminin xalqımıza yadigar qoyduğu zəngin irsin yüksək səviyyədə təqdim edildiyi muzeyin zəngin ekspozisiya zalında görkəmli dövlət xadiminin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanan protokol və müqavilələr, məktub və teleqramlar, istifadə etdiyi xatirə əşyaları, kitab, qəzet, jurnallar və digər dəyərli eksponatlar haqqında fondun əməkdaşları dərin məlumat əldə ediblər.

Gülcamal Tahirova

Nəşr edilib : 07.04.2023 12:28