AZ EN RU

Ümummilli liderə həsr olunmuş tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Şahbuz Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.  

 “Ulu öndər Heydər Əliyevin ailəsi gənclərimizə örnəkdir” mövzusunda baş tutan tədbirdə  Dahi rəhbər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Nübar Səfərova tədbirin mahiyyətindən və Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli və nəsillərə örnək həyat yolundan geniş şəkildə bəhs edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva çıxış edərək bildirib ki tarixə nəzər salarkən ömrünü şərəf və ləyaqətlə yaşamış, Vətəninə, xalqına sədaqətlə xidmət etmiş dahi rəhbəri görürük. Ulu öndər Heydər Əliyevin ictimai və siyasi fəaliyyətini araşdıran hər kəs, onun necə qüdrətli, hərtərəfli şəxsiyyət olduğunun şahidinə çevrilir. Bu gün böyük iftixarla söyləyə bilərik ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, örnək ailə modelini ulu öndər Heydər Əliyevin ailəsindən nümunə götürür.

Daha sonra isə Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının gənc üzvü, Şahbuz Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Hüsyen Qəhərmanov çıxış edib. 

Tədbirin sonunda Vaqif Mustafayevin “Əsl Məhəbbət” filmi nümayiş olunub.

Sürəyya QƏDİMƏLİYEVA

Nəşr edilib : 07.10.2023 19:28