AZ EN RU

Ümummilli lider Heydər Əliyevin xatirəsi Haçadağın zirvəsində anılıb

Naxçıvan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Naxçıvan və Türkiyə alpinistlərinin Haçadağa ekstremal yürüşü təşkil olunub. 

11-i yerli idman federasiyalarının, 23-ü isə "İğdır Gençlik ve Spor Dağcılık", "İğdır Dağcılık ve Bisiklet Spor", "Kars Dağcılık ve Arama Kurtarma" klublarının üzvləri olmaqla, 34 alpinist dəniz səviyyəsindən 2415 metr yüksəklikdə olan təbiət abidəsinin zirvəsinə qalxıb.

Yürüşün son nöqtəsində Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib. 

Sonda yürüş iştirakçılarına fəxri fərmanlar təqdim olunub. 

Yürüş Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən təşkil olunub.

Nəşr edilib : 08.05.2023 17:36