AZ EN RU

“Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı 16 mart 2023-cü il tarixdə Naxçıvan Şəhər Təhsil Şöbəsi Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığ ilə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə “Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodkabinet müdiri Gülxarə Tarverdiyeva açaraq Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb.

Tədbirdə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Şəhla Əliyeva “Heydər Əliyev dövrü” mövzusunda çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının qurub-yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara məhz ümummilli lider Heydər Əliyevin sayəsində əldə olunub.

Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin tarix müəllimi Günay Canməmmədova “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda çıxış edərək ümummilli liderin Azərbaycan gənclərinə göstərdiyi qayığıdan danışıb.

Naxçıvan şəhər 11 nömrəli tam orta məkt1əbin tarix müəllimi Səidə Əsədzadə “Heydər Əliyev Azərbaycan təhsili” mövzusunda danışaraq təhsilə və müəllim əməyinə dahi liderin göstərdiyi qayğı haqqında geniş məlumat verib.

Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin tarix müəllimi Təhminə İbrahimova isə “Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir” mövzusunda çıxış edərək bildirmişdir ki, Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlılığı haqında məruzə edib.

Sonda Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində əldə olunan uğurlar haqqında müəllim və şagirdlərin fikirləri dinlənilib.

Naxçıvan Şəhər Təhsil Şöbəsi

Nəşr edilib : 17.03.2023 11:34