AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar onlayn dərs keçilib

Mayın 10-da Heydər Əliyev Muzeyindən muzeyin əməkdaşı tərəfindən Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri üçün onlayn dərs keçilib.

 Onlayn dərsdə Heydər Əliyev Muzeyinin əməkdaşı Gülnar Quluzadə şagirdlərə Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycançılıq ideyası və xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətlər haqqında geniş məlumat verib.

 Qeyd olunub ki, müdrik rəhbər xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi-iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətini miras qoyub. Ulu Öndər Heydər Əliyev xalqımız qarşısında misilsiz xidmətləri ilə bu gün hər birimizin qəlbində yaşayır. Bu böyük insanın həyat yolu hər bir məktəbliyə, hər bir gəncə nümunədir.

Nəşr edilib : 10.05.2024 14:07