AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Yay məktəbi”nə start verilib

    Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq xidmətin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrin “Yay məktəbi”nə start verilib.
     Tədbirdə xidmət rəisinin müavini Nurlan Fətəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmizdə əmlak və torpaq idarəçiliyinin inkişafı sahəsindəki əvəzsiz xidmətlərindən bəhs edib. 
    Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev Ümummilli Liderimizin gəncliyə diqqət və qayğısından danışıb, keçirilən “Yay məktəbi”nin tələbələrin bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verəcəyini qeyd edib.
    İki gün müddətində davam edəcək “Yay məktəbi”nin birinci günündə daşınmaz əmlakın inventarlaşdırılması və qeydiyyatı, plan və xəritələrin hazırlanması ilə bağlı məşğələlər keçiriləcək, praktiki vərdişlərin artırılması məqsədilə komanda yarışları, ikinci günündə isə müasir geodeziya avadanlıqları ilə ölçmə işlərinin yerinə yetirilməsi, ölçü materiallarının emalı, xəritələrin hazırlanması ilə bağlı təlimlərin və qrup işlərinin təşkili nəzərdə tutulub. 
 

Nəşr edilib : 13.07.2023 20:22