AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Gimnastika hamı üçün” festivalı keçirilib

İyunun 3-də Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirliklərinin, Atletika Federasiyasının birgə  təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, muxtar respublikada ilk dəfə olaraq “Gimnastika hamı üçün” festivalı keçirilib.
         Festival iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
         İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən festivalda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.     
         Naxçıvan Muxtar Respublikasının   təhsil naziri, Atletika Federasiyasının sədri Rəhman Məmmədovun və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramin Hacının da iştirak etdiyi festivalda  qeyd olunub ki, uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, onların sağlam,  Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli lider Heydər Əliyevin  daim diqqətində olub. Bildirilib ki, əsası ulu öndər tərəfindən qoyulan bu ideya ölkə başçısı tərəfindən uğurla həyata keçirilir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Ölkəmizdə Bədii gimnastikanın inkişafından da bəhs olunaraq bildirilib ki, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın bu idman növünə göstərdiyi    diqqət və qayğı sayəsində bədii gimnastika yüksək inkişaf dövrünü yaşayır. Diqqətə çatdırılıb ki,  Naxçıvan Atletika Federasiyasının tərkibində fəaliyyət göstərən bədii gimnastika bölməsinin də Naxçıvan  Qızlar Liseyində, Naxçıvan Dövlət Texniki Kollecində, Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan şəhər, Şərur, Babək, Ordubad, Kəngərli və Şahbuz rayonlarının məktəktəbdənkənar təhsil müəssisələrində 14 qrupu yaradılıb. Bölmə ilk yaradılanda 70 uşaqla fəaliyyətə başlamışdısa, hazırda bu qruplarda 300-dən artıq    uşaq gimnastikanın sirlərinə yiyələnir və  sevindiricidir ki, bədii gimnastika muxtar respublikamızda qısa zaman ərzində sevilən və inkişaf edən idman növlərindən birinə çevrilib. Bölmənin rəhbəri Humay Qafarova Bakı şəhərində keçirilən hakimlik və məşqçilik kurslarında iştirak edərək məşqçilik sertifikatı və hakimlik vəsiqəsi alıb. Bildirilib ki, bölmədə kadr çatışmazlığını aradan qaldırmaq, peşəkar məşqçi-müəllimləri hazırlamaq üçün məşqçilər üçün praktik seminar, bədii gimnastika və xoreo¬qrafiya kursları təşkil olunub. Bölmədə yaradılan hərtərəfli şəraitin nəticəsidir ki, gimnastlar bir sıra ölkə və beynəlxalq səviyyəli yarışlarda uğurlu nəticələr əldə edirlər. Belə ki, 27-30 mart 2023-cü il tarixlərində Gürcüstanın Tblisi şəhərində 33 komandanın iştirak etdiyi gimnastradada "Gimnastika hamı üçün" beynəlxalq turnirində Federasiyasının "Bədii gimnastika" bölməsinin 1 məşqçi müəllimi və 5 gimnastı da iştirak edərək I, 6-7 may 2023-cü il tarixlərdə Lənkəran şəhərində keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə 7-ci bölgələrarası kubok yarışında federasiyanın 2 idmançısı - İlay Sangur  III,  Nilufər Kərimli isə fərdi yarışlarda II yerlərin qalibi olublar. Ümumilikdə isə gimnastlarımız 6 qızıl, 1 gümüş, 1 bürünc olmaqla 8 medal qazanıblar.
        Sonra festivala start verilib. İlk olaraq Naxçıvan Şəhər Uşaq Gənclər İdman Məktəbinin “Xatun” komandasının  üzvlərinin çıxışları izlənilib. Festivalda
 Heydər Əliyev Uşaq-_Gənclər Yaradıcılıq Mərkəzinin “Parlayan ulduzlar”, Şərur Rayon Uşaq Gənclər İdman Məktəbinin “Sehirli ulduzlar” və “Danyeri”  Babək Rayon Uşaq Gənclər İdman Məktəbinin “Papatiya”, Ordubad Rayon Uşaq Gənclər İdman Məktəbinin “Ay işığı”,  Kəngərli Rayon Uşaq Gənclər İdman Məktəbinin “Xarı bülbül”, Şahbuz  Rayon  Uşaq- Gənclər İdman Məktəbinin “Su pərisi” komandaları 100-ə yaxın gimnastı ilə  bədii kompozisiyalar  və muxtəlif rəqs nömrələri ilə çıxış ediblər.
                  Azərbaycan  Respublikası Atletika Federasiyasının  yığma komandasının üzvü, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Bədii Gimnastika bölməsinin baş məşqçisi, İdman ustası Humay Qafarovanın ifasında “Sarı gəlin”kompoziyası da iştirakçılar tərəfindən maraqla qarşılanıb.
        Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin və “Əlvan çiçəklər” rəqs qrupunun çıxışları da iştirakçılarda xoş ovqat yaradıb.
         Festivalın yekun nəticələrinə əsasən Heydər Əliyev Uşaq-_Gənclər Yaradıcılıq Mərkəzinin “Parlayan ulduzlar”, Naxçıvan Şəhər Uşaq Gənclər İdman Məktəbinin “Xatun” komandası I,  Şərur Rayon Uşaq Gənclər İdman Məktəbinin “Sehirli ulduzlar” komandası  II, Ordubad Rayon Uşaq Gənclər İdman Məktəbinin “Ay işığı” komandası isə III yerin qalibi olub.
Sonda festivalın qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikasının   təhsil naziri, Atletika Federasiyasının sədri Rəhman Məmmədovun və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramin Hacı nümunəvi çıxışlarına görə gimnastları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar. Təşkilatçılar tərəfindən  I, II və III yerin qaliblərinə, tədbirdə  iştirak edən gimnastlara və onların məşqiçi –müəllimlərinə, medal, diplom, fəxri fərman və təşəkkürnamələr təqdim olunub. 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 05.06.2023 14:51