AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş olub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Naxçıvan şəhərinin Heydər Əliyev prospekti boyunca hərbi marşın sədaları altında yürüş təşkil olunub. Yürüşə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, ictimaiyyət nümayəndələri, gənclər qoşulub. İştirakçılar üçrəngli Dövlət Bayrağımızı dalğalandırıb, vətənpərvərlik ruhunda şüarlar səsləndiriblər.

Nail ƏSGƏROV

Nəşr edilib : 10.05.2024 10:27