AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin 101 illiyi ilə əlaqədar konsert proqramı təşkil edilib

Bu gün  Ordubad şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert proqramı təşkil olunub. Konsertdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, icra hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, həmçinin rayon ictimaiyyət nümayəndələri iştirak ediblər. Mədəniyyət İdarəsinin solistlərinin ifasında rəngarəng musiqi nümunələri təqdim edilib, Ulu Öndərə həsr olunan şeirlər səsləndirilib. Tədbir iştirakçılarda xoş ovqat yaradıb.

Nəşr edilib : 10.05.2024 21:34