AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyası keçiriləcək

Naxçıvan Muxtar Respublikasında 11 mart 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyası həyata keçiriləcəkdir.  

Əkiləcək müxtəlif növ tinglərin 18 min ədədi “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsi, 22 min ədədi isə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tingçilik təsərrüfatları tərəfindən yetişdirilmişdir. Könüllü aksiya zamanı ümumilikdə 40 min ədəd tingin Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan qurumların, muxtar respublikanın dövlət orqanları və digər təşkilatların iştirakı ilə əkilməsi nəzərdə tutulur.

 

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin

mətbuat xidməti

Nəşr edilib : 07.03.2023 16:29